Çexiyada meşədə 300 min dollardan çox dəyəri olan xəzinə tapılıb


  • 16:39

Çexiyanın şimal-şərqində, Zviçina təpəsi yaxınlığında gəzintidə olan iki nəfər daşların arasında gizlədilmiş, ümumi dəyəri 300 min dollardan çox qiymətləndirilən xəzinə aşkar edib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, tapıntıların içərisində 598 qızıl sikkə və çoxsaylı qiymətli əşyalar olub. Yürüşçülər xəzinəni aşkar etdiksən sonra onu Hradec Kralovedəki Şərqi Bohemiya Muzeyinə təhvil veriblər.

Ekspertizaya əsasən, sikkələrin üzərindəki tarixlər 18080-1915-ci illəri əhatə edir. İkinci qabda isə 10 qolbaq, 16 siqaret qabı, metal torlu çanta, daraq, zəncir və pudra qabı tapılıb. Xəzinənin ümumi çəkisi təxminən 7 kiloqramdır.

Tədqiqatçılar bəzi sikkələrə sonradan vurulmuş möhürlərə əsasən, xəzinənin 1920-1930-cu illərdə Balkanlardan keçmiş ola biləcəyini ehtimal edirlər.

Xəzinənin kimə məxsus olduğu və nə üçün meşədə gizlədildiyi hələ müəyyənləşdirilməyib. Araşdırmaçılar onun müharibə dövründə ərazini tərk etmək məcburiyyətində qalan bir şəxs tərəfindən gizlədilmiş ola biləcəyini ehtimal edirlər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər