Hörmüz boğazında dörd ticarət gəmisinə hücum edilib


  • 16:23

Hörmüz boğazında üç tanker və bir konteyner gəmisi hücuma məruz qalıb.

E-huquq.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları İdarəsi (UKMTO) məlumat yayıb.

Məlumata görə, insidentlər oktyabrın 11-də baş verib. Boğazdan çıxmağa çalışan üç tanker və boğazın girişinə doğru hərəkət edən bir konteyner gəmisi naməlum sursatlarla vurulub.

Tankerlərdən birinin heyətinin təhlükəsizliyinin təmin edildiyi bildirilib. Hücumların ətraf mühitə təsiri barədə isə hələlik məlumat yoxdur.

Hadisələrlə bağlı araşdırma başlanılıb. Qurum ərazidəki gəmiləri ehtiyatlı olmağa və şübhəli fəaliyyətlər barədə aidiyyəti qurumlara məlumat verməyə çağırıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər