ABŞ-də əyləncə parkında attraksion qəzası: ölən və yaralananlar var


  • 16:13

ABŞ-nin Corciya ştatında əyləncə parkındakı attraksionda baş verən qəza nəticəsində bir nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.

E-huquq.az ABC News"a istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 16:00 radələrində baş verib. Şahidlər attraksiondan bir nəfərin yıxıldığını və hadisə anının xatirə fotolarına düşdüyünü bildiriblər.

Hadisə zamanı relsin ən yüksək nöqtəsinə yaxın yerdə dayanan attraksiondakı sərnişinlər təxliyə edilib.

Qəzadan sonra əyləncə parkında oxşar attraksionların fəaliyyəti müvəqqəti dayandırılıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər