- 12:22
Milli Məclis Azərbaycan və BMT İqlim Katibliyi arasında memorandumu ratifikasiya edib.
E-huquq.az xəbər verir ki, layihə parlamentin payız sessiyasının bugünkü plenar iclasında müzakirə olunub.
Müzakirələrdən sonra "Azərbaycan Respublikasının Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin katibliyi arasında İqlim Həftəsi-4 və Adaptasiya Komitəsinin 30-cu iclası barədə Anlaşma Memorandumu"nun təsdiq edilməsi haqqında qanun layihəsi səsverməyə qoyularaq, bir oxunuşda qəbul edilib.