- 17:17
Türkiyənin İstanbul şəhərində əhaliyə güclü külək və leysan yağışları ilə bağlı xəbərdarlıq edilib.
E-huquq.az xəbə verir ki, bu barədə İstanbul Böyükşəhər Bələdiyyəsi məlumat yayıb.
Məlumata görə, bu gün gecə saatlarında güclənəcək yağışların çərşənbə günü saat 09:00-dan etibarən güclü küləklə müşayiət olunacağı gözlənilir. Küləyin sürətinin saatda 50-80 kilometrə çatacağı bildirilir.
Fırtına və leysan yağışlarının cümə axşamı günortaya qədər davam edəcəyi proqnozlaşdırılır.
Sakinlərə əlverişsiz hava şəraitinin yarada biləcəyi fəsadlara qarşı diqqətli olmaq tövsiyə olunur.
Şəbnəm Mehdizadə