BƏƏ-nin xarici işlər üzrə dövlət naziri Bakıda AQEM sammitində iştirak edəcək


  • 20:22

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər üzrə dövlət naziri Xəlifə bin Şahin Əl-Mərar Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII sammitində iştirak etmək üçün Azərbaycana gələcək.

Bu barədə e-huquq.az-a BƏƏ-nin Bakıdakı səfirliyindən bildirilib.

"Bakıdakı AQEM-də BƏƏ nümayəndə heyətini dövlət naziri Xəlifə Şahin təmsil edəcək", - diplomatik nümayəndəlikdən bildirilib.

Qeyd edək ki, AQEM-in VII sammiti oktyabrın 15-də Bakıda təşkilata üzv dövlətlərin nümayəndələrinin iştirakı ilə keçiriləcək.

Oxşar xəbərlər