Təyyarədə taxtabiti aşkarlandı - Reys ləğv edildi


  • 11:18

Avstraliyanın “Qantas” aviaşirkətinə məxsus “Boeing 787 Dreamliner” tipli təyyarədə taxtabitilərin aşkarlanması səbəbindən Roma-Pert reysi ləğv edilib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, “Sydeny Morning Herald” qəzetinin məlumatına görə, cümə günü Pertdən Romaya təxminən 17 saat davam edən uçuş zamanı bəzi sərnişinlər həşərat dişləməsindən şikayətləniblər.

Aviaşirkət şənbə günü həyata keçirilməsi planlaşdırılan Roma-Pert reysinin ekonom sinifdəki bəzi oturacaqlarda problem aşkarlanması səbəbindən ləğv edildiyini açıqlayıb.

Təyyarə genişmiqyaslı təmizlik və texniki xidmət üçün istismardan çıxarılıb.

“Qantas” sərnişinlərdən üzr istəyib, onların yerləşmə xərclərinin qarşılandığını və 48 saat ərzində alternativ reyslərə yönləndirildiyini bildirib.

Qeyd edək ki, taxtabitilər geyimlərdə, mebellərdə və yataq dəstlərində yaşaya bilən parazitlərdir. Onların dişləməsi əsasən qaşınmaya səbəb olsa da, bu həşəratlardan tamamilə xilas olmaq çətin və bahalı proses hesab olunur.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər