- 17:17
Türkiyədə 2026-cı ilin yay mövsümündə yağıntı miqdarı ötən ilin eyni dövrü ilə müqayisədə 94 faiz artıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, iyun-avqust aylarını əhatə edən dövrdə qeydə alınan yağıntı miqdarı 1991-2020-ci illərin orta göstəricisindən 9 faiz aşağı olub.
Yağıntılar ölkənin yeddi coğrafi bölgəsinin hamısında artsa da, bölgələr arasında ciddi fərqlər müşahidə edilib. Ən çox yağıntı Qara dəniz bölgəsində qeydə alınıb.
Bununla belə, Cənub-Şərqi Anadolu bölgəsində yağıntılar ardıcıl səkkizinci ildir ki, mövsümi normadan aşağı qalır. Bölgədə bu yay yağıntı miqdarı normadan 67 faiz az olub. Şırnakda son 60 ilin, Mardin və Batmanda isə son 42 ilin ən aşağı yay yağıntısı qeydə alınıb.
Bununla yanaşı, Aralıq dənizi bölgəsində yağıntılar mövsümi normadan 48 faiz, Şərqi Anadoluda isə 8 faiz çox olub.
Şəbnəm Mehdizadə