"Lotereyada pul uddum" zarafatı etdi - 2 həftə sonra gerçəkləşdi


  • 11:05

İngiltərədə üç uşaq anası olan 36 yaşlı Şarlotta Pirt həyat yoldaşına lotereyada pul udması ilə bağlı zarafat etdikdən cəmi iki həftə sonra həqiqətən 1 milyon funt sterlinq qazanıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Peterboro yaxınlığındakı Uitlsid qəsəbəsində yaşayan qadın əvvəlcə həyat yoldaşı Danielə lotereya biletindən 250 min funt sterlinq udduğunu deyib, daha sonra bunun zarafat olduğunu açıqlayıb.

Lakin 2018-ci ildə, 28 yaşında olarkən, hesabında qalan 1,50 funt sterlinqlə ilk dəfə iştirak etdiyi “Lotto Hotpicks” oyununda bəxti gətirib. Qadın əvvəlcə uduş bildirişini reklam hesab etsə də, hesabına daxil olduqda 1 milyon funt sterlinc qazandığını öyrənib.

Pirt bildirib ki, xəbərin doğruluğuna əmin olmaq üçün həyat yoldaşına zəng edib. Uduş təsdiqləndikdən sonra cütlük sevincdən ağlayaraq bir-birinə sarılıb.

Ailə qazandıqları pulla özlərinə uyğun ev axtarmağa başlayıb, Laplandiyaya lüks tətilə gedib və övladlarına bahalı Milad hədiyyələri alıb.

Qeyd edək ki, “National Lottery”nin məlumatına görə, Peterboro İngiltərənin ən çox lotereya milyonçusu qazanan 10 bölgəsi arasında yer alır. 1994-cü ildən bəri şəhərdə 142 nəfər milyonçu olub.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər