- 17:22
PKK terror təşkilatı İraqın şimalında, Metina bölgəsinin Baze ərazisində yerləşən 4 sığınacaq məntəqəsini boşaldıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Türkiyənin təhlükəsizlik mənbələrinin məlumatına görə, təşkilat oktyabrın 8-də Hebat, Yajk, Sabri və Sason adlı məntəqələrdən çıxıb.
Bildirilib ki, bu addım Türkiyədə milli həmrəyliyin və ictimai inteqrasiyanın gücləndirilməsinə, eləcə də bölgədə sabitliyin təmin olunmasına yönəlmiş proses çərçivəsində atılıb.
Təhlükəsizlik mənbələri bu addımın prosesin qətiyyətlə davam etdirildiyini göstərdiyini vurğulayıb.
Məlumata əsasən, PKK/KCK-nın bütün fəaliyyətlərinin dayandırılmasından sonra təşkilat üzvlərinin qanunvericilik çərçivəsində Türkiyəyə qayıtması və cəmiyyətə inteqrasiyası nəzərdə tutulur. Bu məqsədlə təhsil, iqtisadiyyat və digər sahələri əhatə edən proqramların həyata keçirilməsi planlaşdırılır.
Türkiyə tərəfi prosesin əsas məqsədinin türk-kürd qardaşlığını möhkəmləndirmək, ölkədə davamlı sülhü və ictimai sabitliyi təmin etmək olduğunu bildirib.
Şəbnəm Mehdizadə