- 17:22
Müxtəlif ölkələrdə insanların yatma və oyanma vaxtlarını araşdıran qlobal tədqiqatda yuxu müddətinə görə fərqlər müəyyən edilib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, araşdırmaya əsasən, əhalisi ən çox yatan ölkələr arasında Yeni Zelandiya 447 dəqiqə (7 saat 27 dəqiqə) ilə ilk sırada yer alıb. Avstraliyada orta yuxu müddəti 440, İsveçdə 435, Danimarkada 434, Kanadada isə 431 dəqiqə təşkil edib.
Ən az yatan ölkələr siyahısında isə Yaponiya 352 dəqiqə (5 saat 52 dəqiqə) ilə ilk sırada qərarlaşıb. Səudiyyə Ərəbistanında bu göstərici 362, Filippində 368, Tayvanda 381, Honkonqda isə 399 dəqiqə olub.
Tədqiqatda insanların yatma və oyanma vaxtları da müqayisə edilib. Məlumata görə, Türkiyədə insanlar orta hesabla saat 00:59-da yatır, səhər 08:02-də oyanırlar. Polşa və Çexiya isə gec yatma meyli ilə seçilən ölkələr sırasındadır.
Mütəxəssislər yuxu müddətinə gün işığının davametmə müddəti, iş qrafiki, həyat tərzi, mədəni vərdişlər və texnologiyadan istifadə kimi amillərin təsir etdiyini bildirirlər.
Şəbnəm Mehdizadə