- 19:34
Niderlandın xarici işlər naziri Tom Berendsen oktyabrın 26-da Azərbaycana rəsmi səfər edəcək.
E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycanın Niderlanddakı səfirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.
Bildirilib ki, səfər zamanı Niderland və Azərbaycan arasında ikitərəfli münasibətləri daha da inkişaf etdirmək, yeni əməkdaşlıq sahələrini müəyyənləşdirmək və qarşılıqlı maraq doğuran məsələləri müzakirə etmək üçün müvafiq hökumət orqanları və digər tərəfdaşlarla görüşlər keçiriləcək.