- 12 Oktyabr 09:32
Paytaxtın Sabunçu rayonu, Aeroport şosesində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə “Koroğlu” metro stansiyası istiqamətində nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur.
E-huquq.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Hazırda polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər görülür.
