"AZGRANATA" MMC yeni məhsulunu təqdim etdi


  • 13 Oktyabr 2021 21:37

“AZGRANATA” MMC yeni vodka brendini təqdim edib.

Müəssisədən e-huquq.az-a verilən məlumatda qeyd edilir ki, “За7ходов” vodkasının hazırlanmasında “Lyuks” tipli etil spirtindən, füsunkar relyefə və təbii sərvətlərə sahib olan Böyük Qafqaz sıra dağlarından süzülərək gələn bulaqların “əks osmos” üsulu ilə təmizlənmiş suyundan, keçi südündən və şəkər siropundan istifadə edilib.

Vodka +5⁰C-dən +25⁰C-yə kimi temperaturda, nisbi rütubət 85%-dən yuxarı olmayan mühitdə saxlanılmalıdır. Saxlanılma və daşınma şərtlərinə əməl olunduqda istifadə müddəti məhdud deyildir.

Oxşar xəbərlər