Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı


  • 20 Mart 2023 17:17

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 6 yeni yoluxma faktı qeydə alınıb, 4 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan e-huquq.az-a verilən xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 829 271 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 818 795 nəfər müalicə olunaraq sağalıb, hazırda 323 aktiv xəstə var.

Bu günə qədər 10 153 nəfər vəfat edib.

Oxşar xəbərlər

  • 23 Aprel 13:04
Sabahın hava proqnozu