"AZGRANATA" "Made in Azerbaijan" kampaniyasında iştirak edəcək


  • 27 Oktyabr 2021 10:43

“Bravo” marketlər şəbəkəsi 28 oktyabr-10 noyabr tarixlərində bütün mağazalarını əhatə edən "Made in Azerbaijan" kampaniyası elan edib.

E-huquq.az xəbər verir ki, kampaniyada “AZGRANATA” MMC-nin məhsulları da yer alacaq.

Belə ki, yerli istehsalçıların məhsullarını güzəştlə əldə etmək üçün “Bravo”ya gələn hər kəs “AZGRANATA” MMC-nin istehsal etdiyi təbii meyvə şirələrini və alkoqollu içkilərini də xüsusi endirimli qiymətlərlə əldə edə biləcəklər.

Kampaniya müddətində xüsusi olaraq şəbəkənin Koroğlu və Əhmədli filiallarında "AZGRANATA"ya məxsus xüsusi stend olacaq ki, burada müştərilərə şirkətin məhsullarını ödənişsiz olaraq dadmaq imkanı yaradılacaq.

Oxşar xəbərlər