DİN bağçada tərbiyəçinin körpəni döyməsi ilə bağlı araşdırmalara başladı


  • 13 Yanvar 2022 23:15

Sosial şəbəkədə ölkədə fəaliyyət göstərən uşaq bağçalarından birində körpəyə qarşı tərbiyəçi və ya müəllimin şiddət göstərdiyini özündə əks etdirən görüntülər yayılıb.

E-huquq.az xəbər verir ki, görüntülərdə qadının körpənin çörəyi yeməsini israr edir və başına sillə vurur.

Görüntülər insanların narazılığına səbəb olub.

Daxili İşlər Nazirliyindən e-huquq.az-ın sorğusuna cavab olaraq bildirib ki, görüntülərdən məlumatlıdırlar və məsələ araşdırılır.

Qeyd edək ki, dövlət uşaq bağçaları Təhsil Nazirliyinin tabeliyindədir.

Oxşar xəbərlər