Bakıda məşhur diş klinikası vətəndaşların hüquqlarını pozmaqda günahlandırılır


  • 26 Yanvar 2023 16:25

Bakıda tanınmış diş klinikasını "TƏE BƏYAZ DİŞ" MMC barəsində inzibati protocol tərtib edilib.

E-huquq.az-ın əldə etdiyi məlumata görə, şirkətə qarşı müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 215.1-ci (Tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsi) maddəsi ilə inzibati protocol tərtib edilib.

Protokol baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib.

Məhkəmə iddianı təmin edərsə, klinika 8 min manatadək cərimə edilə bilər.

Qeyd edək ki, “Bəzay diş klinikası” “TƏE BƏYAZ DİŞ” Məhdud məsuliyyətli cəmiyyət adı ilə qeydiyyatdan keçib.

Eltac Nurullazadə

Oxşar xəbərlər