“İnsan alveri və işgəncələr” adlı layihə çərçivəsində maarifləndirmə tədbiri keçirilib - FOTO


  • 30 İyul 2024 15:13

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə İşgəncələrə Qarşı Azərbaycan Komitəsi tərəfindən “İnsan alveri və işgəncələr” adlı layihə çərçivəsində maarifləndirmə tədbiri keçirilib.

Komitədən e-huquq.az-a verilən məlumata görə, Qəbələdə baş tutan tədbirdə komitə sədri Tural Hüseynov, təlimçi Bəxtiyar Həsənov və ekspert Vahab Həbibov iştirak ediblər.

Rayon icra hakimiyyətinin, polis şöbəsinin əməkdaşları və Qəbələ şəhər şəhər ictimaiyyəti fəallarının qatıldığı tədbirdə çıxış edən komitə sədri layihənin məqsədi barədə məlumat verib.

T.Hüseynov bildirib ki, ölkədə insan alverinə və işgəncənin və qeyri-insani, ləyaqəti alçaldan, cəzanın qarşısının alınması üzrə geniş tədbirlər keçirilib: "Azərbaycanda bununla bağlı qanunvericilik bazası da lazımi səviyyədədir. Bu istiqamətdə görülən tədbirlər müsbət nəticəsini verir. Bu sahədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları insan alveri qurbanlarının reabilitasiyası, onlar üçün müəyyən sığınacaqların yaradılması, həmin şəxslərin maarifləndirilməsinə iştirak edir, bu sahədə lazımi işlər görürlər".

Daha sonra təlimçi Bəxtiyar Həsənov son illər ölkədə insan alverinə və işgəncələrə qarşı mübarizə ilə bağlı geniş təlim keçib.

Oxşar xəbərlər

  • 15 May 12:47
Boşanmalar azalıb