- 19:48
Rusiya prezidenti Vladimir Putin 2026-cı ildən etibarən xaricdə istehsal olunan hərbi geyimlərin alınmasını qadağan edən fərman imzalayıb.
E-huquq.az TASS-a istinadən xəbər verir ki, eyni zamanda 2027-ci ildən etibarən formalar üçün istifadə edilən parçalar yerli istehsal olmalıdır.
Fərman avqustun 11-i qüvvəyə minir.
Humay Eminqızı