- 17:15
Türkiyənin 19 vilayətində güclü yağışla əlaqədar sarı xəbərdarlıq verilib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, xəbərdarlıq ölkənin şimal-qərb və Mərkəzi Anadolu bölgələrində gözlənilən güclü yağışlarla əlaqədardır. Meteorologiya Baş İdarəsinin (MGM) son məlumatına görə, ölkə ərazisinin əksər hissəsində havanın dəyişkən buludlu, bəzi bölgələrdə isə əsasən buludlu olacağı gözlənilir. Mərmərənin şərqi, Egey bölgəsinin daxili hissələri, Aralıq dənizi, Mərkəzi Anadolu, Qara dəniz və Şərqi Anadolu bölgələri, həmçinin İzmir, Adıyaman, Qaziantep və Kilis ətrafında yağış və şimşəkli yağış proqnozlaşdırılır.
Güclü yağış gözlənilən Ankara, Bilecik, Bolu, Bursa, Çankırı, Eskişehir, İstanbul, Kastamonu, Kocaeli, Konya, Kütahya, Sakarya, Sinop, Zonguldak, Kırıkkale, Bartın, Yalova, Karabük və Düzce üçün sarı xəbərdarlıq verilib.
Proqnoza əsasən, ölkə üzrə havanın temperaturu əhəmiyyətli dərəcədə aşağı düşəcək. Mərkəzi və qərb bölgələrində temperaturun mövsümi normadan aşağı, şərq bölgələrində isə normaya yaxın olacağı gözlənilir.
Şəbnəm Mehdizadə