"Apple" şirkəti 5,7 milyard dollarlıq cərimələnib


  • 16:16

ABŞ məhkəməsi "Apple" şirkətinin iki patenti pozduğuna qərar verib və texnologiya nəhənginin 5,72 milyard dollar məbləğində təzminat ödəməsi barədə qərar çıxarıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, məhkəmə prosesi zamanı "Taction Technology" şirkəti "Apple"ı "iPhone" və "Apple Watch" kimi cihazlarda bildirişləri təmin edən "Taptic Engine" texnologiyasında patentlə qorunan həllərindən icazəsiz istifadə etməkdə ittiham edib.

San-Dieqo Federal Məhkəməsində işə baxan hakim heyəti "Apple"ın sözügedən iki patentlə qorunan üç texnoloji elementi pozduğunu müəyyən edib. Bununla əlaqədar "Taction Technology" şirkətinə 5,72 milyard dollar məbləğində təzminat ödənilməsi barədə qərar çıxarılıb.

"Apple" qərarla razılaşmadığını və apellyasiya şikayəti verəcəyini açıqlayıb. Şirkət "Taction Technology"yə məxsus hər hansı texnologiyadan istifadə etmədiyini bildirib.

Qeyd olunur ki, böyük məbləğli patent təzminatları ilə bağlı məhkəmə qərarları apellyasiya mərhələsində yenidən nəzərdən keçirilə bilər. Bu proses zamanı təzminat məbləği dəyişdirilə və ya ilkin qərar ləğv oluna bilər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər