Fransada 150-dən çox supermarketə kiberhücum olub


  • 16:54

Fransada ən azı 150 supermarketin soyutma sistemləri kiberhücuma məruz qalıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, hakerlərin sistemlərə uzaqdan müdaxiləsi nəticəsində təzə və dondurulmuş məhsullar xarab olub, milyonlarla avro dəyərində zərər yaranıb.

"Coopérative U" qrupunun baş icraçı direktoru Dominik Şelşer sosial şəbəkədəki açıqlamasında hücumu təsdiqləyib. Onun sözlərinə görə, ötən gecədən etibarən şəbəkəyə daxil olan bir sıra mağazaların soyutma sistemləri hədəfə alınıb.

Məlumata görə, müdaxilə nəticəsində bəzi dondurucu vitrinlərdə temperatur 26 dərəcəni ötüb. Hətta ayrı-ayrı soyuducularda temperaturun 50 dərəcəyədək yüksəldiyi bildirilir.

BFMTV-nin məlumatına əsasən, hakerlər soyutma sistemlərini qorumaq üçün nəzərdə tutulan mexanizmi ələ keçirərək onun iş prinsipini dəyişdiriblər. Nəticədə sistem fasiləsiz buzəritmə rejiminə keçirilib və məhsulların saxlanma şəraiti pozulub.

Təkcə Elzas bölgəsindəki iki "Intermarché" və "Super U" supermarketində zərərin 270 min avroya çatdığı bildirilir. Ölkə üzrə ümumi maddi itkinin isə milyonlarla avro təşkil edə biləcəyi ehtimal olunur.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər