İş yoldaşının yeməyinə ilbiz zəhəri qatdı


  • 13:25

Avstraliyada bir qadın iş yoldaşının yeməyinə ilbizlərə qarşı istifadə olunan zəhərli maddə qatmaqda ittiham olunur.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə fevral ayında baş verib.

Zərərçəkən şəxs iş yoldaşları üçün yemək hazırlayıb və onlar səhər fasiləsində birlikdə yemək yeyiblər. 58 yaşlı şəxs nahar fasiləsində yeməyin qalan hissəsini yemək istəyərkən onun içərisində parlaq yaşıl rəngli qranullar aşkar edib. Yeməyin dadına baxdıqdan sonra dilində keyimə hiss etdiyini bildirib.

Zərərçəkən hadisədən sonra yeməyin qalıqlarını araşdırılması üçün detektivlərə təqdim edib. Ekspertiza nəticəsində yeməyin tərkibində metaldehid maddəsi olan zəhərli ilbiz əleyhinə qranulların olduğu müəyyən edilib.

Polisin iddiasına görə, şübhəli qadın yeməyin saxlanıldığı işçi otağına getməzdən əvvəl kimyəvi maddələrin saxlandığı anbara baş çəkib.

Polis rəisi Kol Blanş metaldehidin ciddi xəsarətlərə və hətta ölümə səbəb ola biləcəyini bildirib.

O, zərərçəkənin təhlükəni vaxtında hiss etməsinin ağır nəticələrin qarşısını almaq baxımından əhəmiyyətli olduğunu vurğulayıb.

43 yaşlı qadının noyabrın 5-də məhkəmə qarşısına çıxacağı gözlənilir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər