Tramp: İranla müharibə tezliklə bitəcək


  • 14:02

ABŞ Prezidenti Donald Tramp İranla müharibənin qısa müddətdə başa çatacağını və bunun neft qiymətlərinin kəskin azalmasına səbəb olacağını bildirib.

E-huquq.az xəbər verir ki, bu barədə "The Hill" nəşr məlumat yayıb.

Məlumata görə, Tramp Montanada keçirilən mitinqdə İranın hərbi potensialının böyük hissəsinin məhv edildiyini iddia edib. O, İranın hərbi-dəniz və hərbi-hava qüvvələrinin qalmadığını da irəli sürüb.

Tramp hazırda İranla kimin adından danışıqlar aparıldığını bilmədiyini deyərək, ölkə rəhbərlərini vəzifələrində saxlamağın vacibliyini düşündüyünü bildirib. O, həmçinin İranın heç vaxt nüvə silahına sahib olmayacağını vurğulayıb.

Digər tərəfdən, Arizona ştatında keçirilən mitinqdə Tramp Qətər əmiri Şeyx Təmim bin Həməd Al Sani ilə ABŞ prezident təyyarəsi kimi istifadə edilə biləcək “Boeing 747” təyyarəsinin müvəqqəti istifadəsi barədə danışdığını açıqlayıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər