Məzmuna keç

Hakan Fidan və Lavrov Bakıda görüşüb

Türkiyənin xarici işlər naziri Hakan Fidan Bakıda rusiyalı həmkarı Sergey Lavrovla görüşüb.

E-huquq.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə toplantısı çərçivəsində baş tutub.