- 13:31
Prezident İlham Əliyevin uğurlu rəhbərliyi ilə Azərbaycan dinamik inkişaf edir və dünyadakı nüfuzu artmaqdadır.
E-huquq.az xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında çıxışı zamanı deyib.
Özbəkistan Prezidenti bildirib ki, bu gün dünya çox böyük dəyişikliklərlə üz-üzə qalıb. Yeni problemlər və çağırışlar var və bu birgə qərarlar, əməkdaşlıq tələb edir. Xüsusən də dünyanın, Asiyanın müxtəlif yerlərində artan silahlı münaqişələr regionları təhlükə altına qoyur, qlobal iqtisadiyyata zərər vurur və milyonlarla insan həyatına mənfi təsir göstərir. Bizim mövqeyimiz dəyişməzdir, bütün münaqişələr və fikir ayrılıqlarını mütləq sülh yolu ilə həll etmək lazımdır, siyasi və diplomatik həllərlə, beynəlxalq hüquq və bütün tərəflərin marağı əsasında bu münaqişələr həll olunmalıdır.
“Dialoq zəiflədiyi zaman risk artır, yanlış qərarlar qəbul olunur. Biz çalışmalıyıq ki, siyasi fikir ayrılıqları silahlı qarşıdurmalara çevrilməsin. Bu mənada təşkilatın rolu böyükdür. Bu təşkilatın əsas məqsədlərindən biri Asiyada qarşılıqlı etimad infrastrukturu yaratmaq olmalıdır”, - deyə Şavkat Mirziyoyev vurğulayıb.