Banklardan kredit götürən şəxslər üçün işsizlikdən sığortanın məcburi tətbiqi nəzərdə tutulur


  • 12:42

Banklardan kredit götürən şəxslər üçün işsizlikdən sığortanın məcburi tətbiqi nəzərdə tutulur.

E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Şahin Mahmudzadə 6 ayın yekunlarına dair hesabatın təqdimatı və mətbuat konfransında deyib.

O bildirib ki, bununla bağlı normativ dəyişikliklər hazırlanır və banklara kreditlər üzrə işsizlikdən sığortanın məcburi tətbiqi ilə bağlı tələblərin müəyyənləşdirilməsi planlaşdırılır: "Məqsəd iş yerini itirən borcalanların kredit öhdəliklərini yerinə yetirməsinə dəstək göstərmək və bankların kredit risklərini azaltmaqdır".

Oxşar xəbərlər