Qəzzada 21 mindən çox insan tibbi təxliyə gözləyir


  • 13:59

Qəzza zolağında 21 mindən çox xəstə və yaralı tibbi təxliyə gözləyir.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, İsrailin Rəfah sərhəd-keçid məntəqəsini artıq ikinci həftədir bağlı saxlaması onların xaricdə müalicə almasına mane olur.

Qəzzadakı Səhiyyə Nazirliyinin yaydığı açıqlamada bildirilib ki, təxliyələrin dayandırılması nəticəsində ağır vəziyyətdə olan xəstələrin sayı artır,. Dağıdılmış və mühasirədə olan xəstəxanaların imkanları isə tükənir.

Tibbi Yardım üzrə direktor Məhəmməd Əbu Əfaşın sözlərinə görə, tibbi yardım almağı və ya ərazidən təxliyə olunmağı gözləyən 2027 xəstə həyatını itirib.

Nazirlik beynəlxalq ictimaiyyəti İsrailə təzyiq göstərməyə və xəstə və yaralıların təxliyəsinə imkan yaradılması üçün Rəfah da daxil olmaqla, sərhəd-keçid məntəqələrinin açılmasına çağırıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər