İstanbulda İŞİD-ə üzv olmaq istəyənlərə təlim keçən terrorçu saxlanılıb


  • 26 Sentyabr 2023 15:59

Türkiyənin İstanbul şəhərində İŞİD terror təşkilatına qarşı əməliyyat keçirilib.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, İstanbul Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsinin qruplarının apardığı istintaq çərçivəsində terror təşkilatının üzvü olduğuna dair əsaslı şübhələr yaranan 1 nəfər müəyyən edilib.

Başakşehirdə saxlanan şəxsin terror təşkilatına üzv olmaq istəyən şəxslərə təlim keçdiyi məlum olub.

Onun ünvanına baxış zamanı çoxlu sənədlər və rəqəmsal materiallar götürülüb. Həmin şəxs məhkəmənin qərarı ilə həbs edilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər