- 17:35
Yunanıstanın Fessaliya bölgəsində güclü yağışlar səbəbindən yenidən daşqınlar baş verib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, başda Volos, Pilio, Larisa və Farsala olmaqla evlər, iş yerləri, əkin sahələri və yollar su altında qalıb. Torpaq sürüşməsi nəticəsində bir çox yollar nəqliyyatın hərəkətinə bağlanıb.
Güclü yağışlar səbəbindən Volosun böyük bir hissəsinə elektrik enerjisinin verilməsi dayandırılıb.
Həmçinin Volos xəstəxanasını su basıb.
Mülki Müdafiə Bölməsi Volosdakıların molbil telefonlarına təcili mesaj göndərərək çölə çıxmamaları barədə xəbərdarlıq edib.
Şəbnəm Mehdizadə