Fəhlələri daşıyan avtobus qəzaya uğrayıb, 10 nəfər yaralanıb


  • 3 Aprel 14:24

Türkiyənin Kayseri şəhərində ağır yol qəzasında 10 nəfər yaralanıb.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yük maşını yaranan nasazlıq səbəbindən fəhlələri daşıyan mikroavtobusa çırpılıb.

Toqquşmanın təsirindən yük maşını yol kənarına aşıb.

Hadisə yerinə polis və sağlamlıq qrupları sövq edilib.

Qəzada yaralanan 10 fəhlə təcili yardım maşınları ilə şəhərdəki xəstəxanalara aparılıb.

Yaralılardan birinin vəziyyəti ağırdır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər