Binəqədi və Sabunçu rayonlarında oğurluq edən 3 nəfər saxlanıldı


  • 4 Avqust 21:46

Sabunçu rayonunda yerləşən mağazaların birindən oğurluq edilib və nəticədə zərərçəkənə 1800 manat maddi ziyan vurulub.

Bu barədə e-huquq.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, Sabunçu RPİ 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 59 yaşlı M.Rəsulov və əvvəllər məhkum olunmuş 64 yaşlı Ş.Hüseyquliyev saxlanılıblar.

Binəqədi rayonu ərazisində isə 2 nəfərə məxsus avtomobillərdən 1500 manat, qızıl-zinət əşyaları və məişət avadanlıqları oğurlamaqda şübhəli bilinən 39 yaşlı M.Allahverdiyev də polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

Oxşar xəbərlər