Tovuzda kişi meyiti aşkarlandı


  • 9 Avqust 23:26

Tovuz rayonunun Dondar Quşçu kəndində meyit tapılıb.

E-huquq.az xəbər verir ki, kəndin mərkəzindən keçən su arxının kənarından təxminən 40-45 yaşlarında meyit aşkarlanıb.

Hadisə yerinə polis və prokurorluq orqanlarının əməkdaşları cəlb olunub. Ölən şəxsin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma başlanılıb.

Oxşar xəbərlər