Suraxanıda üzərindən 10 kiloqram marixuana aşkarlanan narkokuryer saxlanıldl - VİDEO


  • 10:30

Suraxanıda polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı keçirilən əməliyyat zamanı əvvəllər də dəfələrlə məhkum edilmiş 35 yaşlı Vüqar Məhəmmədov saxlanılıb.

DİN-in mətbuat xidmətindənm e-huquq.az-a bildirilib ki, ondan bağlamalarda 10 kiloqram marixuana aşkarlanaraq götürülüb.

V.Məhəmmədov narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Suraxanı rayonu ərazisindən götürdüyünü, həm şəxsi istifadəsi, həm də satış məqsədilə ayrı-ayrı ünvanlara çatdıraraq maddi qazanc əldə etmək niyyətində olduğunu bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər