Cəlilabadda azyaşlını öldürən müğənni saxlanıldı


  • 9 May 21:55

Cəlilabad rayonunda azyaşlının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədən sürücü saxlanılıb.

E-huquq.az xəbər verir ki, avtomobilin sürücüsü Mahmudov Elvin Telman oğlu polis tərəfindən saxlanılıb.

Qeyd edək ki, hadisə ötən gün Cəlilabad-Buravar yolunun Abışabad kəndi ərazisindən keçən hissəsində baş verib. Rayonun Təklə kənd sakini Mahmudov Elvin Telman oğlu idarə etdiyi "VAZ 2107" markalı avtomobillə yolu keçmək istəyən Nəzərov Nihad Ramil oğlunu vurub.

Yaralı Cəlilabad Diaqnostika Mərkəzinə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisəni törədən sürücü Elvin Mahmudov rayonda müğənnidir.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Mənbə: Report

Oxşar xəbərlər