Mingəçevirdə yaşayış binasında partlayış olub, xəsarət alanlar var - YENİLƏNDİ


  • 16 Yanvar 2022 23:51

Mingəçevir şəhərində ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 38 m² olan 2 otaqlı mənzildə məişət qazının sızması nəticəsində (ilkin ehtimal) yanğınla nəticələnən partlayış hadisəsi baş verib.

E-huquq.az-ın xəbərinə görə, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Məlumata görə, nəticədə mənzilin mətbəxinin tavanı yanıb. Partlayışın zərbə dalğasının təsirindən mənzilin arakəsmə divarları və pəncərələri dağılıb. Partlayış zamanı evdə olan 2 nəfər müxtəlif xəsarətlər alıb. Xəsarət alan şəxslər təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya aparılıb.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Evin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

***

22:45

Mingəçevirdə qaz sızması nəticəsində binada partlayış baş verib.

E-huquq.az Trend-ə istinadən xəbər verir ki, hadisə Axundov küçəsində yerləşən binaların birində qeydə alınıb.

Partlayış nəticəsində binanın dam örtüyü uçub, evdə yanğın başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğın söndürmə qüvvələri cəlb olunub

Oxşar xəbərlər