Sel suları bir neçə rayonda yol infrastrukturuna ziyan vurub


  • 18 Sentyabr 2023 11:36

Yağan güclü yağış nəticəsində yaranan sel suları Lerik, Astara, Zaqatala və Balakən rayonlarında yol infrastrukturuna və yol qurğularına ziyan vurub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) e-huquq.az-a verilən məlumata görə, yaranmış problemlərlə bağlı məlumat daxil olan kimi dərhal ərazilərə AAYDA-ın xüsusi texnikaları və canlı qüvvəsi səfərbər olunub.

Hal-hazırda yollarda hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunur, yolların və yol qurğularının bərpası istiqamətində aparılan işlər davam etdirilir.

Oxşar xəbərlər