Masallıda avtomobil iki piyadanı vuraraq öldürdü


  • 10 Dekabr 2023 12:09

Masallıda avtomobil iki piyadanı vuraraq öldürüb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan e-huquq.az-a verilən məlumata görə, dekabrın 9-u saat 21 radələrində Masallı rayon sakini Qorxmaz Hüseynov idarə etdiyi "Toyota Corolla" markalı avtomobillə Lənkəran-Boradigah-Masallı yolunun Masallı rayonunun Qəzvinoba kəndi ərazisindən keçən hissəsində hərəkətdə olarkən yolu keçmək istəyən piyadalar 2006-cı il təvəllüdlü İsa Cavadov və 2003-cü il təvəllüdlü İslam Əliyevi vurub. Hər iki piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər