- 30 İyun 15:39
Bakının Nəsimi rayonunda bir nəfərin 35 min manatını dələduzluq yolu ilə almaqda şübhəli bilinən əcnəbi vətəndaş saxlanılıb.
Bu barədə e-huquq.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluqda şübhəli bilinən əcnəbi vətəndaş müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.