Masallıda 22 yaşlı gənc çayda boğularaq ölüb


  • 6 Avqust 23:05

Masallı rayonunda çayda çimən gənc boğulub.

E-huquq.az xəbər verir ki, Yardımlı rayon sakini, 22 yaşlı Elgün Məmmədov çayda çimərkən boğularaq ölüb. Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Masallı Rayon Şöbəsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər