Mənzil alarkən dələduzluq faktları ilə rastlaşmamaq üçün nə etməliyik?


  • 23 Sentyabr 2022 16:00

Azərbaycanda tikinti şirkətləri tərəfindən eyni mənzilin bir neçə nəfərə satılması hallarına rast gəlinir. Bəs necə edək ki, mənzil alarkən belə dələduzluq faktları ilə rastlaşmayaq?

E-huquq.az xəbər verir ki, məsələ ilə bağlı əmlak məsələləri üzrə ekspert Elnur Azadov Trend-ə bildirib ki, son illər ölkəmizdə bir mənzili bir neçə şəxsə satması ilə bağlı hallar xeyli azalıb.

Onun sözlərinə görə, əvvəllər belə dələduzluq hallarına çox rast gəlinirdi.

"Lakin belə faktlar azalsa da, yox deyil. Zərərçəkənlər belə olduqda məhkəmələrə müraciət edirlər. İnsanlarımız mənzil alarkən dələduzluqla üzləşməmək üçün çox ehtiyatlı olsunlar. Dələduzluqla üzləşməmək üçün vətəndaşlara tövsiyə edərdim ki, mənzil alarkın öncə tikinti şirkətindən arayış alınmalıdır ki, həmin mənzil əvvəl kiməsə satılıb, ya yox. Bundan başqa, əgər mənzil bir dəfə satılıbsa, ikinci satış zamanı notarial qaydada əvvəlki əmlak sahibinin yeni sahibinin rəsmi qaydada imtina etməlidir.

Birinci mənzil kimə satılıbsa, bütün hüquqlar həmin şəxsə məxsusdur. Satılan mənzil bir neçə nəfərə satılırsa, həmin şəxslər zərərçəkmiş hesab olunur. Bütün bunların məsuliyyəti bina tikən hüquqi şəxsin üzərinə düşür.

Hazırda belə halların qarşısını tam alacaq heç bir hüquqi mexanizm yoxdur.

Belə hallara son qoyulmasına az qalıb. Lakin hazırda ölkəmizdə antikorrupsiya hərəkətlərinə qarşı yeni proqram hazırlanır. Bütün yeni tikilən binalardakı mənzillər əvvəlcədən daşınmaz əmlakın dövlət reyestrində qeydə alınacaq", - o deyib.

Elnur Azadov deyir ki, sözügedən hallara tamamilə son qoyulmasına az qalıb: "Əvvəllər belə dələduzluq halları kütləvi xarakter daşıyırdı. Xeyli sayda şəxsə qarşı cinayət işi açıldı, onlar məsuliyyətə cəlb olundu, uzunmüddətli həbsə məhkum edildi. Bu da tikinti şirkətlərinin rəhbərlərində qorxu yaratdı. Hazırda antikorrupsiya hərəkətlərinə qarşı yeni proqram hazırlanır. Eyni zamanda, bütün yeni inşa edilən binalardakı mənzillər daşınmaz əmlakın dövlət reyestrində əvvəlcədən qeydə alınacaq. Yəni, hər bir mənzilin bəri başdan "çıxarış"ı olacaq ki, bu da bir əmlakı bir neçə şəxsə satmağa imkan verməyəcək. Təcrübə göstərir ki, Azərbaycanda tikinti şirkətləri daha çox binalar istismara qəbul edilmədən mənzilləri satışa çıxarır. Bu cür mənzillər isə yalnız müqavilə əsasında satılır və qanunsuz hərəkətlərə yol açır”.

Oxşar xəbərlər