İnzibati icraatda qeyri-müəyyən hüquqi anlayışların tətbiqi və inzibati məhkəmə nəzarəti


  • 1 Sentyabr 17:12

E-huquq.az Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimi Orxan İsmayılovun yeni məqaləsini oxucuların diqqətinə təqdim edir:

Qanunvericilik aktlarının hazırlanması zamanı müəyyən və qeyri-müəyyən hüquqi anlayışlardan istifadə edilir. Geniş mənada qeyri-müəyyən hüquqi anlayışlar dedikdə şərhi qiymətləndirmə tələb edən, müəyyən hüquqi anlayışlar dedikdə isə bunun əksi olaraq əlavə təfsirə ehtiyacı olmayan anlayışlar başa düşülür.[1]

İnzibati hüquqda qeyri-müəyyən hüquqi anlayışlardan bəhs etməmişdən öncə in­zi­ba­ti or­qa­nın mü­la­hi­zə­ səlahiyyətinə diqqət çəkməyi zəruri hesab edirik. Çünki qeyri-müəyyən hüquqi anlayışların tətbiqi inzibati orqanın işin faktiki və hüquqi hallarının müəyyənləşdirilməsindəki mülahizə sərbəstliyi ilə əlaqədardır.

İlk növ­bə­də qeyd et­mək la­zım­dır ki, inzibati ic­ra­at­da in­zi­ba­ti or­qa­nın mü­la­hi­zə­si iki mər­hə­lə­də fərqlən­di­ril­mə­li­dir. Bi­rin­ci ola­raq in­zi­ba­ti or­qa­nın işin faktiki və hüquqi hallarının müəyyən edilməsinə mü­na­si­bət­də mü­la­hi­zə­si, yə­ni in­zi­ba­ti or­qa­nın öz qiy­mət­lən­dir­mə­si­nə əsa­sən hərəkə­ti, ikin­ci ola­raq isə hü­qu­qi nə­ti­cə­yə mü­na­si­bət­də mü­la­hi­zə­si, yə­ni in­zi­ba­ti or­qa­nın diskresi­on sə­la­hiy­yət­lə­ri­nə əsa­sən se­çim hü­qu­qu­nun ol­ma­sı fərq­lən­di­ril­mə­li­dir.[2]

Qeyd olunan fərqləndirməni daha aydın izah etmək üçün inzibati aktın ünsürlərinə nəzər salmaq lazımdır. Belə ki, “İn­­zi­­ba­­ti ic­­ra­­at haq­­qın­­da” Qa­­nu­­nu­n sistemli təhlilindən, eyni zamanda Azər­bay­can Res­pub­li­ka­sı Ali Məh­kə­mə­si­nin İn­zi­ba­ti Kol­le­gi­ya­sı­nın 13 av­qust 2020-ci il ta­rix­li Qə­rar­da­dı­ndan müəyyən olunur ki, in­zi­ba­ti akt­lar əsa­sən sə­la­hiy­yət, for­ma, sə­bəb, məz­mun və məq­səd ün­sür­lə­ri­nin vəh­də­tin­dən iba­rət olur.

Hü­quq ədə­biy­ya­tın­da sə­bəb ün­sü­rü­nün hü­qu­qi akt­lar­da tən­zim­lən­mə­si üç ka­te­qo­ri­ya­ya ay­rı­lır.[3]

1. Hü­qu­qi akt­lar­da in­zi­ba­ti ak­tın sə­bəb ün­sü­rü­nün açıq şə­kil­də gös­tə­ril­mə­si

Müx­tə­lif qa­nun müd­dəa­la­rı təd­qiq edil­dik­də sə­bəb ün­sü­rü­nün bə­zən qa­nun­da açıq şə­kil­də gös­tə­ril­di­yi­ni gör­mək müm­kün­dür. Mə­sə­lən, Tor­paq Mə­cəl­lə­si­nin 57-ci mad­də­si­nə gö­rə, av­to­mo­bil yol­la­rı­nın çə­ki­li­şi üçün tor­paq sa­hə­si ay­rı­lar­kən tor­paq sa­hə­lə­ri əsa­sən kənd tə­sər­rü­fa­tı­na ya­rar­sız və ya az ya­rar­lı tor­paq­lar­dan ay­rı­lır.

Gö­rün­dü­yü ki­mi, bu­ra­da tor­paq ayır­ma qə­ra­rı­nın sə­bə­bi açıq şə­kil­də gös­tə­ri­lib. Bu da av­to­mo­bil yol­la­rı­nın çə­ki­li­şi­dir. Bu şərt ol­ma­dan, yə­ni av­to­mo­bil yo­lu de­yil, əy­lən­cə mər­kə­zi tik­mək üçün tor­paq ay­rı­lar­sa, bu akt sə­bəb ün­sü­rü ba­xı­mın­dan hü­qu­qa zidd ola­caq­dır.[4]

2. İn­zi­ba­ti ak­tın sə­bə­bi­nin hü­qu­qi akt­lar­da gös­tə­ril­mə­mə­si

Qeyd olun­ma­lı­dır ki, hü­qu­qi akt­lar­da in­­zi­­ba­­ti ak­­tın sə­­bəb ün­­sü­­rü gös­­tə­­ril­­mə­­miş­­dir­­sə, bu za­­man in­­zi­­ba­­ti or­­qan in­­zi­­ba­­ti ak­­tın sə­­bəb ün­­sü­­rü­­nü mülahizə sə­­la­­hiy­­yə­­ti əsa­­sın­­da mü­­əy­­yən edə­­cək­­dir.

“Tor­paq is­la­ha­tı haq­qın­da” Qa­nu­nun aşa­ğı­da­kı mad­də­si­nə nə­zər sal­dıq­da gö­rü­nür ki, nor­ma­da qə­bul edi­lə­cək in­zi­ba­ti ak­tın sə­bə­bi açıq şə­­kil­­də təs­­bit olun­­ma­mış­dır.

Mad­də 7. Bə­lə­diy­yə tor­paq­la­rı

...2. Bə­lə­diy­yə­nin eh­ti­yat fon­du­nun tor­paq­la­rı qa­nun­ve­ri­ci­li­yə­ uy­ğun ola­raq­ ümu­mi is­ti­fa­də­yə, bə­lə­diy­yə mül­kiy­yə­tin­də olan mü­əs­si­sə, ida­rə və təş­ki­lat­la­rın is­ti­fa­də­si­nə, fi­zi­ki və hü­qu­qi şəxs­lə­rin ica­rə­si­nə və Azər­bay­can Res­pub­li­ka­sı və­tən­daş­la­rı­nın və hü­qu­qi şəxs­lə­ri­nin mül­kiy­yə­ti­nə ve­ri­lə bi­lər.

Fik­ri­miz­cə, in­zi­ba­ti or­qa­n heç bir qa­nu­ni sə­bəb mü­əy­yən et­mə­dən in­zi­ba­ti akt qə­bul edər­sə, bu akt məh­kə­mə tə­rə­fin­dən sə­bəb ün­sü­rü ba­xı­mın­dan qü­sur­lu he­sab edi­lə bi­lər.

Tə­sa­dü­fi de­yil­dir ki, Azər­­bay­­can Res­­pub­­li­­ka­­sı Ali Məh­­kə­­mə­­si­­nin İn­­zi­­ba­­ti Kol­­le­­gi­­ya­­sı­­nın 13 av­­qust 2020-ci il ta­­rix­­li Qə­­rar­­da­­dı­­nın 29-cu bən­­din­də qeyd olun­muş­dur ki, ...“in­­zi­­ba­­ti hü­­quq­­da in­­zi­­ba­­ti or­­qa­­nın məq­­sə­­di ic­­ti­­mai mə­­na­­fe­­ni tə­­min et­­mək ol­­du­­ğun­­dan, qə­­bul edi­­lə­­cək in­­zi­­ba­­ti akt­­la­­rın da bu məq­­sə­­də uy­­ğun ola­­raq qa­­nu­­ni sə­­bəb­­lə­­ri ol­­ma­­lı­­dır. İc­­ti­­mai mə­­na­­fe­­ni tə­­min et­­mək isə in­­zi­­ba­­ti və­­zi­­fə­­lə­­rin la­­zı­­mi şə­­kil­­də ic­­ra­­sı və ic­­ti­­mai eh­­ti­­yac­­la­­rın ödə­­nil­­mə­­sin­­də ifa­­də olu­­nur. Be­­lə­­lik­­lə, sə­­bəb­­siz in­­zi­­ba­­ti akt qə­­bul edi­­lə bil­­məz. Di­­gər tə­­rəf­­dən, in­­zi­­ba­­ti ak­­tın əsa­­sı­­nı təş­­kil edən sə­­bəb həm “re­­al möv­­cud” ol­­ma­­lı, həm də “hü­­qu­­qa uy­­ğun” ol­­ma­­lı­­dır. Nə­ha­yət, in­­zi­­ba­­ti akt­­la­­rın sə­­bəb ün­­sü­­rü­­nün yox­­la­­nıl­­ma­­sın­­da nə­­zə­­rə alın­­ma­­lı olan prin­­sip­­lər­­dən bi­­ri də mü­­tə­­na­­sib­­lik tə­­ləb­­lə­­ri­­nə ri­a­­yət edi­­lib-edil­­mə­­mə­­si­­dir. Bu­­na gö­­rə, in­­zi­­ba­­ti ak­­tın do­­ğu­­ra­­ca­­ğı nə­­ti­­cə ilə onun sə­­bə­­bi ara­­sın­­da ağ­­la­­ba­­tan mü­­tə­­na­­sib­­lik tə­­min olun­­ma­­lı­­dır”.

3. İn­zi­ba­ti ak­tın sə­bə­bi­nin hü­qu­qi akt­lar­da “qeyri-müəyyən hüquqi anlayışlardan” is­ti­fa­də et­mək­lə gös­tə­ril­mə­si

Hazırkı məqaləmizin mövzusunu məhz sonuncu hal təşkil etdiyindən bu məsələ ilə bağlı ətraflı hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edirik.

İlk növbədə qeyd edək ki, inzibati hüquqda “qeyri-müəyyən hüquqi anlayışlar” dedikdə, konkret şəkildə müəyyən olunmamış, lakin vəziyyətdən asılı olaraq hüquq tətbiq edən inzibati orqan tərəfindən şərh edilən (məzmunu doldurulan) və inzibati aktın səbəb ünsürünü müəyyənləşdirən ifadələr başa düşülür. Başqa sözlə desək, inzibati orqan tərəfindən qeyri-müəyyən hüquqi anlayışların tətbiqi işin faktiki vəziyyətinin hüquqi baxımdan qiymətləndirilmə faəliyyətidir.

Qeyd edildiyi kimi, qeyri-müəyyən hüquqi anlayışların tətbiqi inzibati orqanın işin faktiki və hüquqi hallarının müəyyənləşdirilməsindəki mülahizə sərbəstliyi ilə əlaqədardır. Bununla da inzibati orqan işin faktiki vəziyyətinin hüquqi baxımdan qiymətləndirilməsini həyata keçirir. Bu hal mövcud qanunvercilikdə inzibati orqanın qiymətləndirmə fəaliyyəti kimi qəbul edilsə də (İPM-in 73.3.2-ci maddəsinin 1-ci cümləsi), hüquq ədəbiyyatında qeyd olunan fəaliyyət inzibati orqanın “inzibati aktın səbəb ünsüründə diskresion səlahiyyəti” kimi də ifadə edilir.

İnzibati hüquqda qeyri-müəyyən hüquqi anlayışlara bəzən qeyri-müəyyən hüquqi şərtlər deyilsə də, ancaq ifadə olaraq qeyri-müəyyən hüquqi anlayış termini qəbul edilərək istifadə edilir. İnzibati hüquqda istifadə edilən qeyri-müəyyən hüquqi anlayışlara misal olaraq “ictimai maraq”, “ümumi fayda”, “mühüm səbəb”, “etibarlılıq”, “uyğunluq”, “ehtiyac”, “xüsusi çətinlik vəziyyəti” kimi anlayışları göstərə bilərik.[5]

Qeyri-müəyyən hüquqi anlayışların tətbiqi elə bir vəziyyət üçün nəzərdə tutulub ki, qanunverci inzibati orqanın qarşılacağı hadisələri (vəziyyəti) əvvəlcədən öngörə bilmir.[6] Başqa sözlə desək, in­zi­ba­ti or­qan­la­rın fəa­liy­yət is­ti­qa­mət­lə­ri­nin bü­tün in­cə­lik­lə­ri­ni əv­vəl­cə­dən mü­əy­yən edib hü­qu­qi akt­lar­la tən­zim­lən­mə­nin müm­kün ol­ma­ma­sı­, eyni zamanda mü­əy­yən za­man keç­mə­si ilə in­zi­ba­ti or­qa­nın təc­rü­bə­də qar­şı­laş­dı­ğı prob­lem­lə­rin art­ma­sı (və ya ye­ni prob­lem­lər­lə qar­şı­laş­ma­sı) və qa­nun­ve­ri­ci­li­yin bu­na re­ak­si­ya­sı­nın (tək­mil­ləş­di­ril­mə apar­ma­sı­nın) za­man al­ma­sı və s. səbəblərdən inzibati orqan inzibati fəaliyyətini realizə etmək üçün qeyri-müəyyən hüquqi anlayışların məzmununu müəyyən etmək (şərh etmək) səlahiyyətinə malikdir.

Milli qanunvercilik konteksində qeyri-müəyyən hüquqi anlayışların misal kimi “zə­ru­ri hal­lar­da”, “döv­lət mə­na­fe­lə­ri üçün”, “ic­ti­mai təh­lü­kə­siz­lik mə­na­fe­lə­ri üçün”, “lazımi məlumat”, “kifayət qədər əsaslar” və s. göstərmək olar. Mə­­sə­­lən, “Avi­a­­si­­ya haq­­qın­­da” Qa­­nu­­nun 55.2-ci mad­­də­­si­­nə nə­­zər sa­­laq.

Mad­­də 55.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) dövlət mənafelərini nəzərə alaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təkliflərinə əsasən hava məkanının konkret hissələrini mülki aviasiya üçün qadağan olunmuş və ya məhdudlaşdırılmış zona kimi müəyyən edə bilər...

Bundan başqa, “Yol hə­rə­kə­ti haq­qın­da” Qa­nu­nun 12-ci mad­də­si­nin 2-ci his­sə­si­nə nə­zər sa­laq:

“....Yol şə­rai­ti hə­rə­kət­ üçün cid­di təh­lü­kə ya­ra­dar­sa, yol hə­rə­kə­ti təh­lü­kə­siz­li­yi­nin tə­min edil­mə­si­nə nə­za­rə­ti hə­ya­ta ke­çi­rən or­qan yol hə­rə­kə­ti­nin mü­vəq­qə­ti məh­dud­laş­dı­rıl­ma­sı və ya qa­da­ğan edil­mə­si haq­qın­da qə­ra­rın qə­bul edil­mə­si ba­rə­də gös­tə­riş ve­rə bi­lər...”

Yuxarıda qeyd olu­nan hal­lar­da in­­zi­­ba­­ti orqan dövlət mənafeyinin və ciddi təhlükənin nədə ifadə edildiyi müəyyən edir. Başqa sözlə, həmin anlayışların konk­ret­ləş­mə­sinə dair şərhetmə fəaliyyətini həyata keçirir.

Eyni zamanda, Ailə Məcəlləsinin 161.1.-ci maddəsində də qeyri-müəyyən anlayışa rast gəlmək mümkündür. Belə ki, həmin normada qeyd olunur ki, vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir.

Göründüyü kimi, həmin hallar (kifayət qədər əsaslar) qəbul ediləcək inzibati aktın səbəb ünsürünü təşkil edir. Belə vəziyyətlərdə həmin qeyri-müəyyən anlayış (kifayət qədər əsaslar) inzibati orqan (qeydiyyat şöbələri) tərəfindən şərh edilməli və bununla da işin faktiki vəziyyəti hüquqi baxımdan qiymətləndirilməlidir.

Təhlil olunmalı digər vacib məsələ inzibati icraatda qeyri-müəyyən hüquqi anlayışların tətbiqi üzərində inzibati məhkəmə nəzarəti ilə bağlıdır.Qeyd olunmalıdır ki, in­zi­ba­ti or­qan­la­rın pub­lik hü­quq sa­hə­sin­də­ki fəa­liy­yət­lə­ri­nin üzə­rin­də məh­kə­mə nə­za­rə­ti­nin ol­ma­sı hü­qu­qi döv­lə­tin əsas əla­mət­lə­rin­dən bi­ri­dir.

Al­ma­ni­ya Fe­de­ral İn­zi­ba­ti Məh­kə­mə­si­nin və Konstitusiya Məhkəməsinin yanaşması ondan ibarətdir ki, qeyri-müəyyən hüquqi anlayışların inzibati orqan tərəfindən necə realizə edildiyi istisna halları çıxmaq şərtilə, inzibati məhkəmə icraatı qaydasında tam həcmdə yoxlanıla bilər.[7]

Eyni hüquqi mövqe “Azər­bay­can­da in­zi­ba­ti məh­kə­mə ic­raa­tı” ki­ta­bın­da aşa­ğı­da­kı şəkildə ifa­də olun­muş­dur:

Tez-tez rast gəlinən və təfsiri mümkün olan dispozisiya şərtləri ilə bağlı olan bütün digər hallar tam həcmdə məhkəmə tərəfindən yoxlanıla bilər. Məsələn, əgər qanunda namizədin “uyğun” olduğu təqdirdə dövlət qulluğuna qəbul edilə bilməsi nəzərdə tutulmuşdursa, bu uyğunluğu obyektiv meyarlar əsasında (məsələn, əvvəlki işəgötürənlərin verdiyi xasiyyətnamələr əsasında) yoxlamaq olar”.[8]

Azər­bay­can Res­pub­li­ka­sı­nın İn­zi­ba­ti Pro­ses­su­al Mə­cəl­lə­sin­də in­zi­ba­ti or­qan­la­rın disk­res­si­on sə­la­hiy­yət­lə­ri­nin han­sı həcm­də və ne­cə yox­la­nıl­ma­sı­nı mü­əy­yən edən pro­ses­su­al nor­ma təs­bit edil­miş­dir. Be­lə ki, hə­min Mə­cəl­lə­nin 74-cü mad­də­si­nə əsa­sən, in­zi­ba­ti or­qa­nın disk­re­si­on sə­la­hiy­yət­lər əsa­sın­da hə­rə­kət et­di­yi hal­lar­da məh­kə­mə, həm­çi­nin in­zi­ba­ti ak­tın və ya in­zi­ba­ti ak­tın qə­bul edil­mə­sin­dən im­ti­na­nın ya­xud in­zi­ba­ti or­qa­nın hə­rə­kət­siz­li­yi sə­bə­bin­dən in­zi­ba­ti ak­tın qə­bul edil­mə­mə­si­nin disk­re­si­on sə­la­hiy­yət­lə­rin qa­nun­la mü­əy­yən olun­muş həd­lə­ri­nə əməl olun­ma­ma­sı və ya disk­re­si­on hü­qu­qun hə­min sə­la­hiy­yət­lə­rin məq­sə­di­nə uy­ğun şə­kil­də hə­ya­ta ke­çi­ril­mə­mə­si ba­xı­mın­dan qa­nun­suz olub-ol­ma­dı­ğı­nı yox­la­yır.

Nəzərə almaq lazımdır ki, qeyri-müəyyən hüquqi anlayışların tətbiqi mahiyyətcə inzibati orqanın inzibati aktın səbəb ünsürünün müəyyən edilməsində (işin faktiki və hüquqi hallarının müəyyənləşdirilməsində) mülahizə (diskresion) səlahiyyətidir. Bu baxımdan hesab edirik ki, qiy­mət­lən­dir­mə fəaliyyəti əsa­sın­da qə­bul edil­miş in­zi­ba­ti akt­lar da disk­re­si­on sə­la­hiy­yət­lə­rin hə­ya­ta ke­çi­ril­mə­si za­ma­nı rəh­bər tu­tul­ma­lı olan prin­sip­lər və tə­ləb­lər əsa­sın­da yox­la­nı­la bilər.

Yuxarıda qeyd etdiklərimizi bir kazus üzərindən tətbiq etməyə çalışaq.

Şərti qəbul edək ki, inzibati orqan “lazımi məlumatı” təqdim etmədiyinə görə hüquqi şəxs barəsində maliyyə sanksiyası tətbiq edilməsinə dair inzibati akt qəbul etmişdir. Ancaq inzibati aktda “lazımi məlumatı” anlayışı ilə bağlı heç bir hüquqi dəyərləndirmə aparılmamışdır. Qeyd olunan əlverişsiz inzibati akt inzibati məhkəmə icraatı qaydasında aşağıdakı kimi yoxlanıla bilər.

İlk növbədə “Haqsız rəqabət haqqında” Qanun (01.07.2024-cü il tarixədək qüvvədə olmuşdur) 12-ci maddəsinin birinci hissəsinin beşinci abzasına nəzər salaq:

Maddə 12. Maliyyə sanksiyaları

1. Bu Qanunun tələblərinin pozulmasına görə bazar subyektlərinə aşağıdakı maliyyə sanksiyaları tətbiq edilir:

Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanına qəsdən düzgün olmayan məlumat verdikdə və ya lazımi məlumatı vermədikdə bütün fəaliyyət növləri üzrə son üç ayda əldə edilmiş ümumi gəlirin (əlavə dəyər, sadələşdirilmiş və aksiz vergiləri çıxılmaqla) 5 faizinə qədər maliyyə sanksiyaları.

Burada hüquqi dəyərləndirilməli olan vacib məsələ ondan ibarətdir ki, “lazımi məlumat” dedikdə nə başa düşülür?

Yuxarıda da qeyd edildiyi kimi, “lazımi məlumat” və s. bu kimi ifadələr (zəruri hallarda, kifayət qədər əsas olduqda və s.) inzibati hüquqda qeyri-müəyyən hüquqi anlayışlar kateqoriyasına daxildir.

Məlumdur ki, inzibati orqan tərəfindən maliyyə sanksiyasını tətbiq edilməsinə əsas olan inzibati akt qəbul edilərkən “İnzibati icraat haqqında” Qanunun prinsip və tələblərini rəhbər tutulmalıdır. Çünki sözügedən Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir.

Nəzərə almaq lazımdır ki, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa, eləcə də əlavə sübutlar toplamağa borcludur. Başqa sözlə, bu hal onun xidməti vəzifəsindən irəli gəlir.

Beləliklə, qənaətimiz ondan ibarətdir ki, inzibati orqan “lazımi məlumat” anlayışını subyektiv meyarlarla deyil, “İnzibati icraat haqqında” Qanunun prinsip və tələbləri nəzərə alınmaqla obyektiv, məntiqi və hüquqi meyarlarla şərh etməli, başqa sözlə, inzibati orqan həmin anlayışın məzmununu məhz qeyd olunan meyarlar əsasında müəyyən etməlidir.

Qeyd olunmalıdır ki, inzibati orqanlar tərəfindən qeyri-müəyyən hüquqi anlayışların təfsiri və həmin anlayışın təfsirin əsasında qəbul ediləcək qərar hüququn aliliyi prinsipi ilə ziddiyyət təşkil etməməli, eləcə də fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) qeyri-mütənasib müdaxilə vəziyyəti yaratmamalıdır.

Ali Məh­kə­mə­­nin İn­zi­ba­ti Kol­le­gi­ya­sı­nın 13 av­qust 2020-ci il ta­rix­li Qə­rar­da­dı­nın 29-cu bəndində qeyd olunmuşdur ki, inzibati aktların səbəb ünsürünün yoxlanılmasında nəzərə alınmalı olan prinsiplərdən biri də mütənasiblik tələblərinə riayət edilib-edilməməsidir. Buna görə, inzibati aktın doğuracağı nəticə ilə onun səbəbi arasında ağlabatan mütənasiblik təmin olunmalıdır.

Eyni zamanda qeyd etmək lazımdır ki, qeyri-müəyyən hüquqi anlayışlarla bağlı inzibati orqanların fəaliyyəti inzibati məhkəmə icraatı qaydasında yoxlanılarkən bəzi digər prinsiplərə də əməl olunub-olunmaması yoxlanılır. Belə ki, bu zaman rəhbər tutulmalı prinsiplərdən ən vacibi “hüquqi müəyyənlik” prinsipidir. Əslində bu prinsipin elementləri “İn­­zi­­ba­­ti ic­­ra­­at haq­­qın­­da” Qa­­nu­­nu­n 58-ci maddəsində göstərilmişdir:

58.2. İnzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır.

58.3. İnzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir.

Göründüyü kimi, inzibati hüquqda müəyyənlik prinsipi ona xidmət edir ki, fiziki və hüquqi şəxslər müxtəlif hüquqi vəziyyətləri əvvəlcədən qiymətləndirə və hərəkətlərini (fəaliyyətlərini) ona uyğun tənzimləyə bilsinlər.

Yuxarıda qeyd olunanların qarşılıqlı təhlili onu deməyə əsas verir ki, qeyri-müəyyən hüquqi anlayışların tətbiqinə yönəlik inzibati fəaliyyət zamanı inzibati orqan tərəfindən “İn­­zi­­ba­­ti ic­­ra­­at haq­­qın­­da” Qa­­nu­­nu­n prinsip və tələblərinə əməl edilməməsi mübasiləndirilən inzibati aktı səbəb ünsürü baxımından qüsurlu edir.

[1] https://www.juraindividuell.de/artikel/der-unbestimmte-rechtsbegriff-im-oeffentlichen-recht/

[2] Səyyad Kərimov, Günəş Vəliyeva. “İnzibati icraat haqqın­da” Azərbaycan Respublikasının Qanunu. Kommentariya. “Hüquq ədəbiyyatı” nəşriyyatı, Bakı, 2006, səh 86

[3] Cemil Kaya. İdarenin takdir yetkisi ve yargısal denetimi. 3. baskı İstanbul. s.209

[4] Fərhad Mehdiyev. İnzibati hüquq. Bakı, 2010

[5] Hartmut Maurer. Allgemeines Verwaltungsrecht (Grundrisse des Rechts). 17.Auflage, Verlag C.H.Beck, s. 143

[6] A.Çağrı Yıldız. Alman idari yargılama hukukuna özgü bir dava türü yükümlülük davası 1. baskı İstanbul. s.73

[7] A.Çağrı Yıldız. Alman idari yargılama hukukuna özgü bir dava türü yükümlülük davası 1. baskı İstanbul. s.74

[8] Köniqsmann A., Azər­bay­can­da in­zi­ba­ti məh­kə­mə ic­raa­tı, “Hü­quq ədə­biy­ya­tı nəş­riy­ya­tı”, Ba­kı, 2013, səh. 172-173

Oxşar xəbərlər