Piyadanın ölümündə ittiham olunan sürücü bəraət aldı


  • 22 Oktyabr 2021 17:39

Bu gün Abşeron Rayon Məhkəməsində piyadanın ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Əlimirzəyev Mətin İlqar oğlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Vəkil Əli Hüseynovun e-huquq.az-a verdiyi məlumata görə, məhkəmə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadığı üçün ona bəraət verib.

Qeyd edək ki, hadisə 2021-ci il yanvarın 28-də Abşeron rayonun ərazisində baş verib. Belə ki, M.Əlimirzəyev idarə etdiyi avtomobillə yolu keçmək istəyən piyadanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Oxşar xəbərlər