- 10:50
Yaponiyada "Dujuan" tayfunu nəticəsində həlak olanların sayı 9 nəfərə çatıb.
E-huquq.az xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi (JMA) açıqlama yayaıb.
Bildirilib ki, "Dujuan" tayfunu ölkənin şərq hissəsinə, o cümlədən paytaxt Tokioya və ətraf prefekturalara təsir göstərməkdə davam edir.
Açıqlamada güclü yağışların bütün həftə ərzində davam edə biləcəyi barədə xəbərdarlıq edilib.
Həlak olanlardan altısı Çiba, üçü isə Kanaqava prefekturasındandır.
Tayfun səbəbindən itkin düşmüş dörd nəfərin axtarışı davam edir.
Şəbnəm Mehdizadə