Azərbaycanda 120 hakimin fəaliyyətinin araşdırılması ilə bağlı tapşırıq verildi


  • 27 Oktyabr 2021 18:18

Xəbər verdiyimiz kimi, oktyabrın 26-da Məhkəmə-Hüquq Şurasının videokonfrans formatında iclası keçirilib.

E-huquq.az xəbər verir ki, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi Qaydalarının yeni qanunvericiliyə uyğun təkmilləşdirilməsi ilə bağlı müvafiq qərar qəbul edilib.

Bu ilin sonunadək fəaliyyətlərinin qiymətləndirilməsi nəzərdə tutulmuş daha 120 hakimlə bağlı hərtərəfli təhlillərin aparılması və nəticələrin Şuranın iclasına çıxarılması üzrə konkret tapşırıqlar verilib.

Oxşar xəbərlər