İnsan alverində təqsirləndirilən qadına hökm oxundu


  • 30 Noyabr 2021 12:54

İnsan alverində təqsirli bilinən Kəmalə Cəfərovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, K.Cəfərova 8 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, 37 yaşlı Kəmalə Cəfərova cinayət əməllərini 2016 və 2019-cu illərdə həyata keçirib. O, 2016-cı il avqustun 1-dən 16-dək zərərçəkmiş 43 yaşlı N.A-nı, 2019-cu il mayın 11-dən 16-dək olan dövr ərzində isə 34 yaşlı Ş.M-nı Türkiyənin Konya şəhərinə aparıb, qurbanlarını orada cinsi istismara məcbur edib.

Hər iki zərərçəkmişin Bakının Binəqədi rayonundan Türkiyəyə aparıldığı bildirilir.

Ona Cinayət Məcəlləsinin 144-1.2.1-ci (İnsan alveri iki və daha çox şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham verilib.

Oxşar xəbərlər