Hakimlərin Seçki Komitəsi məlumat yaydı


  • 15 Sentyabr 2022 20:22

Bu gün test imtahanında müvəffəqiyyət qazanaraq müsabiqənin növbəti mərhələsinə keçən 109 hakimliyə namizədlə yazılı imtahan keçirilib.

E-huquq.az xəbər verir ki, imtahandan əvvəl Hakimlərin Seçki Komitəsi Dövlət İmtahan Mərkəzinin binasında qapalı iclasında imtahanda istifadə edilməsi üçün cinayət və mülki sahələr üzrə kazus xarakterli suallar hazırlayıb və onlar dərhal imtahan zalına gətirilib. Namizədlər həmin suallar sırasından, təsadüfi yolla biri cinayət, biri isə mülki sahəyə aid suallar seçiblər.

4 saat davam edən imtahanda hakimliyə namizədlərə həmin sualları cavablandırmaqla, kazusları həll etmək, qoyulmuş məsələlərə düzgün qiymət vermək, qanunun məzmununu dolğun açmaqla onun səlist izahını vermək bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

İmtahan prosesi müşahidəçilər tərəfindən şəffaf prosedur kimi yüksək dəyərləndirilib.

Anonimləşdirilmiş cavab vərəqələri ikiqat yoxlama üsulu ilə qiymətləndirilməklə nəticələr elan olunacaqdır.

Oxşar xəbərlər