Misir Qasımlı məhkəmədə çıxış etdi - VİDEO


  • 28 Sentyabr 2022 12:54

Ukraynada həbsdə saxlanılan Azərbaycan vətəndaşı, Vətən müharibəsi iştirakçısı Misir Qasımlı ötən gün Kiyev Apellyasiya Məhkəməsində keçirilən prosesdə çıxış edib.

E-huquq.az xəbər verir ki, o, həbsinin qanunsuz olduğunu bildirib və beynəlxalq təşkilatlardan məsələni diqqətdə saxlamağı xahiş edib.

"Deyirlər ki, mənim burada qohumlarım, işim yoxdur. Amma bacım indi zalda əyləşib. Ukraynada işim də, müsbət xasiyyətnaməm də var idi. Mənim arxamda Azərbaycan dövləti, Azərbaycanın Xarici İşlər Nazirliyi, diasporu, deputatları dayanır. Belə olan halda məni niyə buraxmırlar? 2-3 nəfəri öldürən adamı azadlığa buraxırlar, amma mənim heç bir günahım olmadığı halda məni buraxmırlar. İkinci Qarabağ müharibəsində döyüşdüyümə görə ermənilər mənim başına bir milyon dollar pul qoyublar. Bu erməni "Telegram" kanallarında da var. Mən beynəlxaq insan haqları təşkilatlarına, eyni zamanda Azərbaycanda, Ukraynada fəaliyyət göstərən təşkilatlara müraciət edirəm ki, bu işə diqqətlə yanaşsınlar. Çünki mənim həbsim sifarişlidir, siyasi məsələdir", - deyə M.Qasımlı qeyd edib.

O, ittiham tərəfinin qərəzli olduğunu, məhkəmənin isə haqsızlığa göz yumduğunu deyib: "Prokuror deyir ki, Misir Qasımlı Qarabağda döyüşüb, o təhlükəlidir. Mən öz vətənim üçün döyüşmüşəm, Vətən üçün döyüşənlər təhlükəli olur, yoxsa qəhrəman? Onda belə çıxır ki, indi öz vətəni üçün döyüşən ukraynalılar da təhlükəlidirlər? Hakimlər də gəlib məhkəmədə susub otururlar. heç nə deyə bilmirlər. Çünki onlar da bilirlər ki, mən haqlıyam".

M.Qasımlının sözügedən çıxışnı təqdim edirik:

Oxşar xəbərlər