- 12 May 22:31
Abşeron rayonu Masazır bələdiyyəsi "Azərişıq" ASC-ni məhkəməyə verib.
E-huquq.az-ın məlumatına görə, bələdiyyə kommunal xərclərlə bağlı istehlakçıların hüquqlarının müdafiəsi tələbi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edib.
İddia hakim Məlahət Abbasovanın sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Eltac Nurullazadə